Yaponiyada ilk dəfə maşinistsiz sürət qatarı sınaqdan keçirilib
Yaponiyanın “JR East” dəmir yolu şirkətinin əməkdaşları ilk dəfə maşinistsiz “Shinkansen” sürət qatarının sınaqlarını keçiriblər.
www.nippon.com xəbər verir ki, sınaqlar gecə saatlarında Niiqata prefekturasındakı dəmir yolu xəttində keçirilib. Baş vaqonda olan maşinist bu zaman idarəetmə panelinə toxunmayıb və yalnız baş verənlərə nəzarət edib. Sınaqlar zamanı, “Shinkansen” qatarı saatda 100 kilometr sürətlə hərəkət edib. Bu zaman ştatdankənar heç bir vəziyyət qeydə alınmayıb.
Pilotsuz qatarların inkişafı əhalinin sürətlə qocalması səbəbindən Yaponiyanın gələcəkdə yerli işçilərin, o cümlədən maşinistlərin çatışmazlığı ilə üzləşə biləcəyi ehtimalı ilə əlaqələndirilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ameaytp.az saytına istinad zəruridir.