Süni intellektli dronlar dəniz tullantılarını aşkar etməyi öyrəniblər
ABŞ-ın Okean və Atmosfer Tədqiqatları Milli İdarəsinin iştirakı ilə Oreqon ştatının Universitetinin alimləri dəniz tullantılarını müəyyən və aşkar etmək imkanına malik sistem təqdim ediblər. Bu, açıq dənizlə yanaşı, həm də dalğaların tullantıları gətirdiyi sahillərdə ciddi problemlərdəndir.
3dnews.ru sayı xəbər verir ki, bu mövzuya həsr edilmiş tədqiqat layihəsi 2020-ci ilin iyununda başlayıb və 2022-ci ilin mayına qədər davam edəcək.
Dronlar avtonom rejimdə sahil xətti boyu patrul çəkəcəklər və məsul işçilərin bu dronları sonrakı təmizləmə üçün yönləndirməsi istiqamətini müəyyən etməsi üçün sahildə toplanmış zibillərin yerinin xəritəsini verəcəklər. Sistem artıq Oreqon ştatının çimərliklərində sınaqları keçirilib. Okean və Atmosfer Tədqiqatları Milli İdarəsi qarşıdakı yay aylarında öz əməkdaşlarını onunla işləmə prinsiplərinə öyrətməyi planlaşdırır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ameaytp.az saytına istinad zəruridir.