“SpaceX” orbitə 60 internet peyki çıxarıb
“Falcon 9” ağır daşıyıcı raketi vasitəsilə “Starlink” sisteminin internet örtüyünün qlobal şəbəkəsinin davamı üçün nəzərdə tutulan 60 kiçik peykdən ibarət yeni partiya aşağı yerətrafı orbitə çıxarılıb.
Space.com saytının məlumatına görə, uçuş ABŞ-ın Florida ştatındakı Kanaveral burnunda yerləşən NASA kosmodromundan baş tutub.
Qeyd edək ki, “SpaceX” şirkəti Yer kürəsi sakinlərinin genişzolaqlı internetə girişini təmin etməyə imkan verəcək şəbəkənin qurulması üçün hər birinin çəkisi 500 kiloqramadək olan 12 min kosmik aparatı orbitə çıxarmağı planlaşdırır.
Layihənin reallaşdırılması üçün tələb olunan investisiyaların ümumi həcmi 10 milyard dollar təşkil edir.