Su altında istifadə üçün enerji mənbəyi tələb olunmayan GPS analoqu yaradılıb
Peyk naviqasiyası sistemləri insanların dünya haqqında təsəvvürlərini dəyişib. Hazırda istənilən müasir qadcet dəqiqliklə öz yerini müəyyən edə bilər. Eyni zamanda, vaxtı hər zaman atom saatı ilə sinxronlaşdırmaq imkanı da mövcuddur. Lakin bu "sehirli çubuq" planetin 71% ərazisində - suyun altında işləmir.
naked-science.ru saytının məlumatına görə, Massaçusets Texnologiya İnstitutunun (MIT) alimləri bu problemin həlli yolunu tapıblar. Onların hazırlaqları "Underwater backscatter localization" (UBL, geri yayılma əsasında sualtı lokallaşdırma) adlandırılan sistem enerji mənbəyinə ehtiyac duymur.
GPS-in analoqu hesab olunan sistem səs dalğaları və pyezoelektrikdən (təzyiq vasitəsilə elektrik əldə etmə) istifadəni nəzərdə tutur. Yeni tənzimləyici özünü işıqlandırmır, yalnız qəbul edilmiş siqnalları əks etdirir. UBL-ə müəyyən tezlikli səs dalğaları daxil olduqda pyezoelektrik elementlərində cərəyan yaranır. Bu, əldə olunmuş nəticələrin surətini göndərmək üçün kifayətdir. Zərurət yarandıqda zondu faydalı yüklənmə üçün okean küyləri hesabına batareyaların enerji ilə doldurulması rejiminə keçirmək mümkündür.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ameaytp.az saytına istinad zəruridir.