Yapon mühəndisləri düşüncənin gücü ilə idarə olunan robot hazırlayıblar
Robotlar zaman keçdikcə daha da populyarlaşır. Onların çoxu mürəkkəb alqoritmlər sayəsində bir çox hərəkətlər yerinə yetirmək imkanına malikdirlər. Yapon alimləri sahibinin düşüncəsinin gücü ilə idarə olunan robot hazırlamaqla növbəti texnoloji yeniliyə imza atıblar.
4pda.ru saytı xəbər verir ki, Tohoku Universiteti və “Bandai” oyuncaq şirkəti ilə əməkdaşlıq çərçivəsində birgə fəaliyyət göstərmiş “Hitachi” şirkətinin mütəxəssisləri tərəfindən düşüncənin gücü ilə idarə olunan oyuncaq robotun ilk prototipi hazırlanıb. Adi oyuncağa bənzəyən “Zeonic Technics” uşaqlara texnologiyanı öyrətmək üçün nəzərdə tutulub. Belə ki, alimlər yeni texnologiya sayəsində insan beynini kompüterlə əlaqələndirməyə nail olublar.
Mütəxəssislər bildiriblər ki, indiyədək robota bəzi jestlər öyrədilib. Gələcəkdə bu işlərin daha da təkmilləşdirilməsi planlaşdırılır.