NASA Ayda atom elektrik stansiyası quraşdıracaq
Məlum olduğu kimi, NASA 2024-cü ildə Aya insanlar aparmağı planlaşdırır. Bu, "Artemida" missiyası çərçivəsində baş tutacaq. Zamanla orada stansiyanın fəaliyyətə başlaması planlaşdırıldığından bu stansiyanı enerji ilə təchiz etmək lazım olacaq.
hi-tech.news saytının məlumatına görə, bu səbəbdən NASA Ayda kiçik atom elektrostansiyasının yerləşdirilməsi üzrə planlarını açıqlayıb. İlk reaktorun artıq altı il sonra quraşdırılması nəzərdə tutulur. Bundan sonra isə yeni reaktorlar da yerləşdiriləcək. Beləliklə, insanların olduğu Ay stansiyalarını enerji ilə təchiz etmək mümkün olacaq.
NASA hesab edir ki, Ayda enerji nüvə mənşəli ola bilər. Buna görə də, təşkilat Ayın səthində nüvə mənşəli kiçik elektrik stansiyası yerləşdirmək istəyir.
Növbəti ildən reaktoru hazırlamaq üçün özəl şirkət yaradılması planlaşdırılır. Onun sınaqları Yerdə keçiriləcək, daha sonra Ay orbitinə buraxılacaq və Ayın səthinə endiriləcək.