“Tesla” şirkəti dünyada ən böyük elektrik enerjisi yükləmə stansiyası açıb
“Tesla” şirkəti Çində dünyada ən böyük avtomobillərin elektrik enerjisi ilə yüklənməsi stansiyasını açıb. Stansiya Şanxayda yerləşir və yükləmə üçün 72 məntəqəyə malikdir. Kaliforniyadakı analoji stansiyada isə cəmi 56 yükləmə yeri quraşdırılıb.
popmech.ru saytı xəbər verir ki, Kaliforniya stansiyasından fərqli olaraq, Çindəki enerji yükləmə məntəqəsi qapalı ərazidə yerləşir. Həmçinin Çinin V2 yükləmə qurğuları 150 kVt-a, Kaliforniyadakı isə 250 kVt-a qədər gücə malikdir. Bu o deməkdir ki, Şanxay sakinləri yükləmə zamanı maşının tam enerji ilə dolması üçün daha artıq gözləməli olacaqlar.
Çin KİV-nin məlumatına görə, 2021-ci ildə “Tesla” bu ölkədə 550 000 elektrik avtomobili istehsal etməyi planlaşdırır, onlardan 300 000-ini Model 3, 250 000-ini isə Model Y təşkil edəcək.