“Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri dünyanın ən varlı insanları reytinqində birinci yerə yüksəlib
“Tesla” və “SpaceX” kompaniyalarının rəhbəri, amerikalı sahibkar İlon Mask dünyanın ən varlı insanlarının reytinqində Amazon korporasiyasının sahibi Ceff Bezosu qabaqlayıb.
Bu gün avtomobillər bazarında kotirovkaların 4,8 faiz artması Teslanın sahibini milyarderlər reytinqində birinci yerə çıxarıb.
Maskın varidatı 188,5 milyard dollar həcmində qiymətləndirilir. Bezosun sərvəti isə bundan 1,5 milyard dollar azdır. O, 2017-ci ilin oktyabrından reytinqə başçılıq edirdi.