Havanı karbon qazından təmizləyən sistem hazırlanıb
San Dieqoda yerləşən Kaliforniya Universitetinin yeni tədqiqatında alimlər karbon qazını (CO2) havadan çıxaran birbaşa havatutma sistemlərinin (DAC) inkişaf etdirilməsi üçün proqram hazırlayıblar.
www.sciencedaily.com saytı xəbər verir ki, alınan nəticələrə görə, yeni proqram yaxın gələcəkdə istifadəyə verilərsə, qlobal temperaturun səviyyəsi 2100-cü ilədək azala bilər.
Tədqiqatda CO2-ni havadan çıxaran DAC sistemlərinin inkişaf etdirilməsində dövlət maliyyə dəstəyinin rolu qiymətləndirilir.
Kaliforniya Universitetinin kiçik elmi işçisi Rayan Hanna bildirib ki, şirkətlər tərəfindən yeni texnologiya ilə iş təcrübəsi tələb olunduğuna görə, DAC sistemi emissiyaların azaldılması istiqamətində görülən ənənəvi tədbirlərlə müqayisədə baha başa gəlir.
Universitetin Strateji Əsaslar və Qlobal Siyasət Məktəbinin sənaye yenilikləri üzrə professoru, proqramın həmmüəllifi Devid Q.Viktor qeyd edib ki, CO2-nin atmosferdə konsentrasiyası əvvəllər olduğu kimi, onun məhz azaldılması istiqamətində deyil, həm də tamamilə aradan qaldırılması üçün yeni üsulların axtarılması üzərində işləniləcək qədər yüksək deyil.
Müəlliflər belə qənaətə gəliblər ki, CO2-nin birbaşa havada tutulması proqramı 2025-ci ildə istismara buraxılarsa və dünya Ümumi Daxili Məhsuldan 1,2-1,9 faiz miqdarında investisiya alarsa, o zaman bu sistem 2050-ci ilədək atmosferi 2,2-2,3 gigaton emissiyadan təmizləyə bilər.