Nanotexnologiya sayəsində 100 dəfə daha sürətli mikroçip hazırlanıb
Böyük Britaniyanın Sasseks Universitetinin tədqiqatçıları qrafen istifadəsi ilə məsuldarlığı artıran mikroçipin prototipini yaradıblar.
hi-tech.news saytı xəbər verir ki, mikroçip qrafendən hazırlanmasına baxmayaraq, oxşar quruluşa və modifikasiyaya həssas olan digər materiallar ilə əvəz edilə bilər. İstehsalı üçün xammalın yığılmasını ehtiva edən "nano-oriqami” üslubundan istifadə olunub. Nəticədə ortaya çıxan forma əvvəlcədən nəzərdə tutulduğundan dəfələrlə kiçik olub. Yenilik sayəsində qrafen çipləri adi çiplərdən yalnız nəzərəçarpacaq dərəcədə kiçik deyil, həm də 100 dəfə daha sürətli ola bilər.
Sasseks Universitetinin tədqiqatçılarına görə, bu kəşf tezliklə kompüterlərdə və ya smartfonlarda istifadə olunacaq və elektronika və İT sənayesinin inkişafına öz töhfəsini verəcək.