RU  EN
AMEA YTPAMEA YTP
  • HAQQIMIZDA
    • Müşahidə şurası
    • Ekspertlər şurası
    • Rəhbərlik
  • QANUNVERİCİLİK
    • Konstitusiya
    • Qanunlar
    • Məcəllələr
    • Fərman və sərəncamlar
    • Qərarlar
    • AMEA İnkişaf Proqramı
  • REZİDENTLİK
    • Rezidentlər
    • İnkubator rezidentlər
    • Müraciət
  • İNKUBASİYA
    • Startaplar
    • Tərəfdaşlar
    • Universitetlər
    • Layihələr
    • Təlimlər və seminarlar
    • Müsabiqələr
  • PATENT
  • XƏBƏRLƏR
  • ƏLAQƏ

“Falcon 9” daşıyıcı raketi daha 60 internet peykini orbitə çıxarıb

Bu gün “Falcon 9” daşıyıcı raketi “Starlink” qlobal internet şəbəkəsi sistemi üçün nəzərdə tutulan 60 ədəd minipeyki fəzaya çıxarıb.

space.com xəbər verir ki, “Falcon 9” daşıyıcı raketi ABŞ-ın Şərq Sahili vaxtı ilə saat 03:13-də (Bakı vaxtı ilə 12:13) NASA-nın Florida ştatında yerləşən Kanaveral burnundakı kosmodromdan start götürüb.

Bu, “Starlink” layihəsi çərçivəsində 2019-cu ilin mayından başlayaraq 21-ci buraxılışdır. Hazırda “SpaceX”in orbital qruplaşmasına daxil olan kosmik aparatların sayı 1203-ə çatır.

Daşıyıcı raketin ilk pilləsi ənənəvi olaraq Atlantik okeanında üzən platformaya enib. Bu pillələrin yenidən istifadəsi peyklərin orbitə göndərilməsi xərclərini azaltmağa imkan verir.

Qeyd edək ki, “SpaceX” şirkəti planetin istənilən nöqtəsində genişzolaqlı internetə girişi təmin edən şəbəkənin qurulması üçün hər birinin çəkisi 500 kiloqramadək olan 12 min kosmik aparatı orbitə çıxarmağı planlaşdırır. Layihənin reallaşdırılması üçün investisiyaların ümumi həcmi 10 milyard dollar təşkil edir.

© 2021, AMEA Yüksək Texnologiyalar Parkı

  • +994 12 376 67 56
  • office@ameaytp.az
  • Bakı şəh., Xətai ray., Əhmədli qəs., Kazımağa Kərimov 221

Axtar

  • Ana səhifə
  • HAQQIMIZDA
    • Müşahidə şurası
    • Ekspertlər şurası
    • Rəhbərlik
  • QANUNVERİCİLİK
    • Konstitusiya
    • Qanunlar
    • Məcəllələr
    • Fərman və sərəncamlar
    • Qərarlar
    • AMEA İnkişaf Proqramı
  • REZİDENTLİK
    • Rezidentlər
    • İnkubator rezidentlər
    • Müraciət
  • İNKUBASİYA
    • Startaplar
    • Tərəfdaşlar
    • Universitetlər
    • Layihələr
    • Təlimlər və seminarlar
    • Müsabiqələr
  • PATENT
  • XƏBƏRLƏR
  • ƏLAQƏ