Fərdi kompüterlər üçün barmaq izi skaneri təqdim edilib
“Kensington” şirkəti biometrik autentifikasiya üçün masaüstü fərdi kompüterlərin təhlükəsizliyini təmin edən “VeriMark Desktop Fingerprint Key” adlı həll təqdim edib.
4pda.ru resursu yazır ki, yeni barmaq izi skaneri masaüstü fərdi kompüterin blokdan çıxarılması üçün kompakt qurğu şəklindədir. O, sensoru masanın istənilən yerində yerləşdirməyə imkan verən 120 santimetr uzunluğunda kabellə təchiz edilib. 10-dək barmaq izini dəstəkləyən “VeriMark Desktop Fingerprint Key” kompüterin sistem blokuna “USB” portu vasitəsilə qoşulur.
Barmaq izi skaneri “Windows Hello” (biznes üçün versiya da daxil olmaqla) və “Office365”, “Azure”, “Outlook” və s. kimi əlavə “Microsoft” xidmətləri ilə asanlıqla inteqrasiya olunur.
Qurğunun qiyməti 75 ABŞ dollarından başlayır.