Havanın keyfiyyətini proqnozlaşdırmaq üçün süni intellektdən istifadə olunub
ABŞ alimləri 24 saat ərzində havanın keyfiyyətini proqnozlaşdırmaq üçün süni intellektdən istifadə etməyə başlayıblar.
airqualitynews.com-un məlumatına əsasən, peyk və yerüstü stansiyalarla müqayisədə, kompüterlər bu işin öhdəsindən daha yaxşı gəlir.
Mütəxəssislər araşdırma çərçivəsində havanın keyfiyyətini ətraflı təhlil etmək məqsədilə kompüter modelləşdirməsindən istifadə ediblər.
"Havanın keyfiyyəti şəhər yerində insanların həyatına təsir edən əsas problemlərdən biridir. Lakin mövcud müşahidələr hərtərəfli məlumatın əldə edilməsi üçün kifayət deyil" – deyə Penn ştatında coğrafiya kafedrasının dosenti Manju Yuy bildirib.