28 min il işləyə biləcək batareya istehsal edilib
ABŞ-da “NDB” adlı startap almaz və nüvə tullantılarından istifadə edərək 28 min il davamlı olacaq batareyalar istehsalına başladığını açıqlayıb.
indiatimes.com nəşri xəbər verir ki, batareyanın nüvə tullantıları, xüsusən də təkrar işlənmiş radioaktiv izotoplarla işləyəcəyi bildirilir. Enerji yığmadan 28 min ilə qədər işlək qala bilən batareyanın kosmik tədqiqatlar üçün yeni imkanlar açacağı gözlənilir.
İnsan sağlamlığına heç bir zərəri olmayan məhsulun 2023-cü ildə təqdim edilməsi planlaşdırılır. Şirkət, eyni zamanda 9 il müddətində davamlı olacaq mobil telefon batareyası da hazırlayır.