Kosmosa ilk dəfə taxta peyk göndəriləcək
Finlandiyanın “Arctic Astronautics” şirkəti “UPM” ağac emalı müəssisəsi ilə birgə kosmosa ağacdan ilk "WISA Woodsat" nanopeykini buraxmağa hazır olduğunu bildirib.
Peyk kontrplakın kəskin temperatur enməsi, vakuum altında və artan şüalanma zamanı davranışı və aşınma müqaviməti barədə məlumatlar toplayacaq.
rosbalt.ru saytının məlumatına görə, şirkət 1 kq ağırlığa malik peyki bu ilin sonunadək Yeni Zellandiyada yerləşən meydançadan buraxmağı planlaşdırır.
Qeyd olunur ki, tamamilə taxtadan hazırlanmış nanopeyk vasitəsilə kosmosda taxtanın davamlılığı və dayanıqlığı yoxlanılmaqla ondan kosmik konstruksiyalarda istifadənin üstünlükləri sınaqdan keçiriləcək.