Əlilliyi olan insanlar üçün dünyada ilk elektrik avtomobili
Macarıstanın "Rehab Rt" şirkəti əlilliyi olan insanlar üçün nəqliyyat vasitəsi problemini həll edib. Belə ki, əlil arabasında hərəkət edən insanlar üçün nəzərdə tutulmuş kiçik ölçülü elektrik avtomobili "Kenguru" artıq bazarda əlçatandır. Yığcam ölçülərindən əlavə, onun qiyməti də olduqca münasibdir. Avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunmur.
4pda.ru saytı xəbər verir ki, "Kenguru" cəmi 550 kq çəkidədir və arxa oxda yerləşdirilmiş 2kVt gücə malik iki elektrik mühərriki ilə təchiz edilmişdir. Elektrik avtomobilinin maksimal sürəti 45 km/saat təşkil edir.
"Kenguru"nun dəyəri 25 000 dollar təşkil edir, lakin elektrik avtomobillərinə olan subsidiyalar nəticəsində bir çox ölkələrdə qiymət daha aşağıdır. Avtomobili əlil arabasında oturmaqla idarə etməyə imkan verən xüsusi konstruksiya maşının əsas üstünlüklərindəndir. Belə ki, böyük arxa qapı açılır və araba ilə içəriyə daxil olmaq təmin olunur.
Nəqliyyat vasitəsi şəhər daxilində hərəkət zamanı əlilliyi olan insanların həyat keyfiyyətini yaxşılaşdırmaq üçün nəzərdə tutulmuşdur. Avtomobil təxminən 8 saata tamamilə enerji ilə yüklənir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ameaytp.az saytına istinad zəruridir.