Praqada Aİ-nin Kosmik Proqram Agentliyi fəaliyyətə başlayıb
Praqada Avropa İttifaqının (Aİ) Kosmik Proqram Agentliyi (EUSPA) fəaliyyətə başlayıb. O, baş ofisi 2012-ci ildən Çexiya paytaxtında yerləşən və “EUSPA”nın mənzil-qərargahına çevrilən Avropanın “Galileo” Peyk Naviqasiya Sistemi Agentliyinin əsasında yaradılıb.
Belta.by saytı xəbər verir ki, yeni agentliyin icraçı direktoru, “Galileo” Peyk Naviqasiya Sistemi Agentliyinin əvvəlki rəhbəri Rodriqo da Kostanın sözlərinə görə, “EUSPA” Aİ-nin kosmik proqramının və cəmiyyətin kainatın mənmsənilməsi üzrə iddialarının icrasında əsas rol oynayacaq.
O, qeyd edib ki, “EUSPA” Aİ-nin kosmik tədqiqatlara artan investisiyalarının səmərəliliyini optimallaşdıracaq. “Bu məqsədə kosmik proqramın ayrı-ayrı komponentləri arasında, ilk növbədə naviqasiya və Yerin müşahidəsi sahəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsi sayəsində nail olunacaq. Elm və iqtisadiyyatın geniş sahələri çərçivəsində innovasiyaların stimullaşdırılması vəzifə kimi qarşıya qoyulub”, - deyə R. Kosta vurğulayıb.
Kosmik Proqram Agentliyinin əməkdaşlarının sayı 600 nəfər təşkil edəcək. Hazırda agentlikdə “Galileo” Peyk Naviqasiya Sistemi Agentliyindən yeni struktura köçürülən 200 ekspert çalışır. Agentlik üçün yeni binanın inşası planlaşdırılır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ameaytp.az saytına istinad zəruridir.