RU  EN
AMEA YTPAMEA YTP
  • HAQQIMIZDA
    • Müşahidə şurası
    • Ekspertlər şurası
    • Rəhbərlik
  • QANUNVERİCİLİK
    • Konstitusiya
    • Qanunlar
    • Məcəllələr
    • Fərman və sərəncamlar
    • Qərarlar
  • REZİDENTLİK
    • Rezidentlər
    • İnkubator rezidentlər
    • Məhsullar
    • Müraciət
  • İNKUBASİYA
    • Startaplar
    • Tərəfdaşlar
    • Universitetlər
    • Layihələr
    • Təlimlər və seminarlar
    • Müsabiqələr
  • PATENT
  • XƏBƏRLƏR
  • ƏLAQƏ

AMEA Yüksək Texnologiyalar Parkının rezidentləri ilə görüş keçirilib

Previous Next

17 avqust 2020-ci il tarixdə AMEA Yüksək Texnologiyalar Parkının inzibati binasında rezidentlərlə görüş keçirilib.

Tədbiri giriş nitqi ilə açan “AMEA Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru Vasif Abbasov bildirib ki, Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə yaradılmış Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkı (YT Park) yarandığı dövrdən innovativ texnoloji yeniliklərin ölkəmizdə inkişaf etdirilməsi, cəmiyyətdə innovativ təşəbbüslərin artrılması və ən əsası elmin kommersiyalaşmasını həyata keçirməklə innovativ sahibkarlığın formalaşmasına dəstək verir.

YT Parkda rəqabətqabiliyyətli məhsulların istehsalı, ciddi elmi tədqiqatların aparılması, eləcə də innovativ layihələrin həyata keçirilməsinin əsas hədəflərdən olduğunu qeyd edən Vasif Abbasov rezidentlərə vəzifə və öhdəliklərini xatırladaraq onlardan mütəmadi olaraq elmtutumlu və ixracyönümlü layihələrin gözlənildiyini diqqətə çatdırıb.

Direktor, qurumun fəaliyyətinin Elmlər Akademiyası üçün əsas prioritet istiqamətlərdən birini təşkil etdiyini vurğulayaraq, Yüksək Texnologiyalar Parkının Azərbaycan alimlərinin elmi-tədqiqat işlərinin innovativ məhsullara çevrilməsi və kommersiyalaşdırılması sahəsində müstəsna əhəmiyyətə malik olduğunu bildirib.

Vasif Abbasov qeyd edib ki, YT Parkın əlverişli mühiti və rezidentlər üçün nəzərdə tutulmuş güzəşt və imtiyazar məhsullarımızın rəqabət üstünlüyünü daha da artıraraq, sadəcə idxal əvəzedici deyil, həm də ixrac potensialı yüksək olan məhsullara çevrilməsinə gətirib çıxaracaqdır.

Həmçinin, qurumun direktoru hər zaman rezidentlərin təkliflərini dinləməyə hazır olduğunu bildirərək, mövcud olan və yarana biləcək problemlərin müvafiq həlli yollarını birgə müəyyən etməyin məqsədəuyğun olduğunu bildirib.

Görüş zamanı AMEA Yüksək Texnologiyalar Parkının rezidenti statusunu almış müəssisələrin nümayəndələri Vasif Abbasovu  yeni vəzifəyə təyinatı münasibətilə  təbrik edərək, şad olduqlarını bildiriblər.

Görüşün sonunda Vasif Abbasov yığıncaqda iştirak edənlərə təşəkkürünü bildirib, onlara fəaliyyətlərində uğurlar arzu edib.

© 2021, AMEA Yüksək Texnologiyalar Parkı

  • +994 12 376 67 56
  • office@ameaytp.az
  • Bakı şəh., Xətai ray., Əhmədli qəs., Kazımağa Kərimov 221

Axtar

  • Ana səhifə
  • HAQQIMIZDA
    • Müşahidə şurası
    • Ekspertlər şurası
    • Rəhbərlik
  • QANUNVERİCİLİK
    • Konstitusiya
    • Qanunlar
    • Məcəllələr
    • Fərman və sərəncamlar
    • Qərarlar
  • REZİDENTLİK
    • Rezidentlər
    • İnkubator rezidentlər
    • Məhsullar
    • Müraciət
  • İNKUBASİYA
    • Startaplar
    • Tərəfdaşlar
    • Universitetlər
    • Layihələr
    • Təlimlər və seminarlar
    • Müsabiqələr
  • PATENT
  • XƏBƏRLƏR
  • ƏLAQƏ