İnnovasiya həftəsinin növbəti onlayn tədbiri keçirilib
“InnoWeek – İnnovasiya həftəsi 2020”nin növbəti onlayn tədbiri keçirilib.
“Advanced Data Science & Deep Learning” adlı vebinar Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Robopark” layihəsi çərçivəsində “Matrix” Təlim Mərkəzi tərəfindən təşkil olunub.
İtaliyada “Data Science” üzrə magistr təhsili alan Ülviyyə Cəfərli müvafiq sahə üzrə təcrübəsini tədbir iştirakçıları ilə bölüşüb.
Vebinarda “Dərin öyrənmə”, “Obyektin aşkar olunması”, “NLP – Təbii Dilin Emalı” kimi istiqamətlər müzakirə predmeti olub.
Eyni zamanda “Data Science” sahəsinin incəliklərindən, karyera imkanları və bu istiqamətdə real nümunələrdən bəhs edilib.
Vebinara 1 000-ə yaxın izləyici qatılıb. İzləyicilərin böyük marağına səbəb olan tədbir interaktiv keçib, 200-ə yaxın iştirakçının sahə üzrə sualları cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ameaytp.az saytına istinad zəruridir.