AMEA Yüksək Texnologiyalar Parkının rezidenti olan Təcrübə-Sənaye Zavodunun əməkdaşının oğlu şəhid olub
Düşmənə boyun əyməyən şəhidlərimizin adları xalqımızın qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılır. Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur.
AMEA Yüksək Texnologiyalar Parkının rezidenti olan Təcrübə-Sənaye Zavodunun Təmir-tikinti xidmət sahəsinin rəisi Rahim Heydərovun oğlu, Azərbaycan Ordusunun 25 yaşlı əsgəri Rafiq Heydərov Ermənistan Silahlı Qüvvələrinin təxribatının qarşısını alarkən fədakarcasına şəhidlik zirvəsinə ucalıb.
Yüksək Texnologiyalar Parkının və Təcrübə-Sənaye Zavodunun kollektivi Rahim Heydərova dərin hüznlə başsağlığı verir, onun torpaqlarımızın azadlığı uğrunda canından keçən mərd və rəşadətli oğlu Rafiq Heydərov ilə fəxr etdiyini bildirir.
R.Heydərov bu gün İkinci Fəxri Xiyabanda dəfn edilib.
Qeyd edək ki, şəhid R.Heydərov bir müddət Təcrübə-Sənaye Zavodunda fəaliyyət göstərib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ameaytp.az saytına istinad zəruridir.