“Elm” qəzetinin növbəti sayında “Elm və Texnologiya Parkı” MMC-nin direktoru ilə müsahibə dərc olunub
“Elm” qəzetinin 17 sentyabr 2021-ci il tarixində dərc olunmuş növbəti sayında AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) rezidenti olan “Elm və Texnologiya Parkı” MMC-nin direktoru Zahir Nəsibov ilə müsahibə yer alıb.
Müsahibədə Z.Nəsibov bu qurumun əsas fəaliyyət istiqamətləri, istehsal etdiyi məhsullar və YT Parkın “Elm və Texnologiya Parkı” MMC üçün yaratdığı imkanlar barədə sualları cavablandırıb.
Qeyd olunub ki, YT Park-ın rezidenti olan “Elm və Texnologiya Parkı” MMC artıq bir neçə ildir ki, müxtəlif sahələrdə tətbiq olunan pilotsuz uçuş aparatlarının hazırlanması və istehsalı ilə məşğuldur.
Bu sahənin davamlı inkişafının ölkənin hərbi, ekoloji, ərzaq və digər sahələrdə təhlükəsizliyi baxımından çox önəmli olduğunu vurğulayan Z.Nəsibov yaxın gələcəkdə bu istiqamətdə xüsusi “Strateji Yol Xəritəsi” hazırlanmasının və bu sahənin pərakəndə deyil, vahid bir mexanizm şəklində, resurusların səmərəli səfərbər olunması baxımından uyğun mühitinin formalaşdırılmasının zəruriliyindən danışıb.
O, pilotsuz uçuş aparatlarının tətbiq sahələrindən bəhs edib, icra olunacaq yeni layihələr haqqında məlumat verib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ameaytp.az saytına istinad zəruridir.