“ATV” kanalında Yüksək Texnologiyalar Parkında istehsal ediləcək LED lampa üçün diod və mikrosxemlər barədə videosüjet yayımlanıb
“ATV səhər” proqramının yanvarın 13-də yayımlanan buraxılışında AMEA Yüksək Texnologiyalar Parkının yeni rezidenti “BEYT” MMC tərəfindən istehsal ediləcək LED lampa üçün diod və mikrosxemlər barədə videosüjet təqdim olunub.
Süjetdə bildirilir ki, Azərbaycanda indiyədək LED lampaların istehsalı qurulsa da, diod və mikrosxemlər əsasən xarici ölkələrdən idxal olunurdu. “BEYT” MMC-nin layihəsinin həyata keçirilməsi ilə sənaye və məişətdə geniş istifadə olunan LED lampaların istehsalı daha da artacaq.
Videosüjetdə “BEYT” MMC-nin icraçı direktoru Emil Əhmədov istehsal ediləcək LED lampa üçün diod və mikrosxemlər barədə ətraflı məlumat verib. Onun sözlərinə görə, yerli istehsalın artması ilə bu məhsulların ixracının təşkili də mümkündür. İcraçı direktor böyük ixrac potensialına malik bu məhsullun ixracı üçün artıq bir neçə beynəlxalq şirkətlə danışıqlar aparıldığını vurğulayıb.
Qeyd olunub ki, layihənin ölkəmizdə icrası xaricə valyuta axının qarşısının alınması ilə yanaşı, LED lampaların maya dəyərinin də aşağı düşməsini təmin edəcək.
Videosüjeti təqdim edirik:
http://yoda.az/tv/atv/2022-01-13/08-12-41
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ameaytp.az saytına istinad zəruridir.