RU  EN
AMEA YTPAMEA YTP
  • HAQQIMIZDA
    • Müşahidə şurası
    • Ekspertlər şurası
    • Rəhbərlik
  • QANUNVERİCİLİK
    • Konstitusiya
    • Qanunlar
    • Məcəllələr
    • Fərman və sərəncamlar
    • Qərarlar
  • REZİDENTLİK
    • Rezidentlər
    • İnkubator rezidentlər
    • Məhsullar
    • Müraciət
  • İNKUBASİYA
    • Startaplar
    • Tərəfdaşlar
    • Universitetlər
    • Layihələr
    • Təlimlər və seminarlar
    • Müsabiqələr
  • PATENT
  • XƏBƏRLƏR
  • ƏLAQƏ

Akademik Ramiz Mehdiyev: “Yüksək Texnologiyalar Parkının infrastrukturu müasirləşdirilir”

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev Rəyasət Heyəti aparatının Mətbuat və informasiya şöbəsinin əməkdaşlarına verdiyi müsahibə zamanı AMEA-nın Yüksək Texnologiyalar Parkının (YT Park) fəaliyyətinə toxunub.

Akademik bildirib ki, AMEA Rəyasət Heyətinin binası ilə yanaşı, Təmir-tikinti və Nəqliyyat-təsərrüfat şöbələrinin yerləşdiyi geniş ərazidə də abadlıq və əsaslı yenidənqurma işləri aparılır. Bu işlərin nəticələri haqqında ölkə rəhbərliyinə məlumat verilib. Həmçinin YT Park-ın infrastrukturu müasirləşdirilir, abadlıq işləri görülür: “Akademiyanın kollektivi əmin olsun ki, bundan sonra da infrastrukturun müasirləşdirilməsi istiqamətində bütün zəruri addımlar atılacaq. Akademiya olduqca böyük təsərrüfatdır və onun illərlə yığılıb qalan problemlərini birdən-birə həll etmək mümkün deyil”.

Akademik R.Mehdiyev müsahibə zamanı YT Parkın Azərbaycan ordusuna göstərdiyi dəstəkdən də danışıb: “Digər tərəfdən mənim tapşırığımla Yüksək Texnologiyalar Parkı öz rezidenti olan Təcrübə-Sənaye Zavodu ilə birgə Silahlı Qüvvələrimizə müxtəlif növ yuyucu vasitələr, dərman ləvazimatları, isti geyimlər çatdırıb. Akademiyanın Təcrübə-Sənaye Zavodu ordumuzu müxtəlif növ mühərrik yağları ilə təchiz etmək üçün hazırdır. Aidiyyətı üzrə müraciət edildiyi halda, dərhal reaksiya verəcəyik”.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ameaytp.az saytına istinad zəruridir.

© 2021, AMEA Yüksək Texnologiyalar Parkı

  • +994 12 376 67 56
  • office@ameaytp.az
  • Bakı şəh., Xətai ray., Əhmədli qəs., Kazımağa Kərimov 221

Axtar

  • Ana səhifə
  • HAQQIMIZDA
    • Müşahidə şurası
    • Ekspertlər şurası
    • Rəhbərlik
  • QANUNVERİCİLİK
    • Konstitusiya
    • Qanunlar
    • Məcəllələr
    • Fərman və sərəncamlar
    • Qərarlar
  • REZİDENTLİK
    • Rezidentlər
    • İnkubator rezidentlər
    • Məhsullar
    • Müraciət
  • İNKUBASİYA
    • Startaplar
    • Tərəfdaşlar
    • Universitetlər
    • Layihələr
    • Təlimlər və seminarlar
    • Müsabiqələr
  • PATENT
  • XƏBƏRLƏR
  • ƏLAQƏ