“Elm TV”də Təcrübə-Sənaye Zavodunda istehsal olunan hidravlika yağları ilə bağlı videosujet yayımlanıb
AMEA-nın “Elm TV” internet televiziyasında akademiyanın Yüksək Texnologiyalar Parkının rezidenti olan Təcrübə-Sənaye Zavodunda (TSZ) istehsal olunan hidravlika yağları ilə bağlı videosujet yayımlanıb.
TSZ-də hidravlika yağlarının istehsalı ilə bağlı bütün zəruri maddi-texniki bazanın mövcud olduğunu bildirən zavodun direktor müavini, kimya üzrə fəlsəfə doktoru Səxavət Rüstəmov müəssisədə bir sıra istismar qrupları üzrə yüksək keyfiyyətli hidravlika yağlarının hazırlandığını vurğulayıb.
O, zavodda yuxarı kinematik özlülüyə, eləcə də yeyilməyə qarşı davamlı xüsusiyyətlərə malik, yüksək təzyiq altında işləyən hidravlika yağlarının istehsalı zamanı ətraf mühitin qorunması, əhalinin sağlamlığı, ekoloji təhlükəsizliyin təmini və s. kimi tələblərə ciddi riayət olunduğunu qeyd edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ameaytp.az saytına istinad zəruridir.