YT Parkın əməkdaşı magistr dissertasiyasını uğurla müdafiə edib
İyunun 16-da AMEA Yüksək Texnologiyalar Parkının İnkubasiya və Texnologiyaların Transferi Mərkəzinin aparıcı mütəxəssisi, AMEA İqtisadiyyat İnstitutunun II kurs magistrantı Aysel Qədirova institutun magistrlik dissertasiyasının müdafiəsi üzrə ixtisaslaşmış Müdafiə Şurasının iclasında magistr dissertasiyasını uğurla müdafiə edib.
Professor Müşfiq Atakişiyevin sədrliyi ilə keçirilən iclasda magistrant Aysel Qədirova magistr dərəcəsi almaq üçün təqdim etdiyi “Elmin qloballaşması ilə inkişafı arasındakı asılılığın qiymətləndirilməsi” mövzusunda magistr dissertasiyasını uğurla müdafiə edib.
İxtisaslaşmış Müdafiə Şurasının üzvləri dissertasiya işinə yüksək qiymət veriblər.
Qeyd edək ki, A.Qədirova həm bakalavr, həm də magistratura təhsilini əla qiymətlərlə başa vurub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ameaytp.az saytına istinad zəruridir.