YT Parkda “İnkubator və Texnologiya Transferi Mərkəzi” fəaliyyətini davam etdirir
AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi” fəaliyyətini davam etdirir.
YT Parkdan AZƏRTAC-a bildirilib ki, mərkəz innovasiyalı texnologiyaların vahid məlumat bazasının yaradılması, bu texnologiyaların kommersiya potensialının qiymətləndirilməsi, innovasiya fəaliyyəti və texnologiyaların transfer məsələləri üzrə tədqiqat sifarişlərinin elmi-tədqiqat institutuna yönləndirilməsi, o cümlədən innovasiya idarəetmə proseslərinin koordinasiyasını həyata keçirir.
Qeyd edək ki, mərkəzin səmərəli fəaliyyəti texnoparkın iqtisadi və intellektual potensialının inkişafına, AMEA-nın büdcədən asılılığının azalmasına, işçilərin sosial rifahı, tədqiqat nəticələrinin iqtisadi və praktik tətbiqinin genişlənməsi, eləcə də innovativ inkişafa özəl investisiyanın cəlb edilməsi və elmin populyarlaşdırılmasına dəstək verəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ameaytp.az saytına istinad zəruridir.