Vətən müharibəsi qazisi Yüksək Texnologiyalar Parkında işlə təmin olunub
İkinci Qarabağ müharibəsində Füzuli, Cəbrayıl, Qubadlı, Kənd Horadiz istiqamətlərində gedən döyüşlərdə böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək torpaqlarımızı düşmən tapdağından azad etmiş, Qubadlı istiqamətində gedən döyüşlərdə ayağından yaralanmış qazi Elnur Qurbanlı AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) işlə təmin olunub.
Qazi E.Qurbanlı texnoparkda mühafizə xidmətində işə başlayıb.
Qeyd edək ki, E.Qurbanlı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə medalla təltif olunub.
Xatırladaq ki, YT Park 44 günlük Vətən müharibəsi dövründə AMEA rəhbərliyinin göstərişi ilə ordumuza dəstək işində fəal iştirak edib, torpaqlarımızın azad edilməsi uğrunda şiddətli və davamlı döyüşlər aparan əsgərlərimizə, tibb məntəqələrimizə və hərbi hissələrə çoxlu sayda zəruri tibbi ləvazimatlar, eləcə də texnoparkın rezidenti olan Təcrübə-Sənaye Zavodunun istehsal etdiyi mühərrik və sürtkü yağlarından ibarət yardım göndərib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ameaytp.az saytına istinad zəruridir.