Akademik Dilqəm Tağıyev AMEA-nın birinci vitse-prezidenti vəzifəsinə təyin edilib
Yanvarın 8-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin cari ildə ilk iclası keçirilib.
İclasda AMEA Rəyasət Heyətinin tərkibinin formalaşdırılması istiqamətində birinci vitse-prezident vəzifələri ləğv olunaraq yalnız bir vitse-prezident vəzifəsi təsis olunub. AMEA-nın birinci vitse-prezidenti vəzifəsinə akademik Dilqəm Tağıyev seçilib.
Akademiklər İsa Həbibbəyli və İbrahim Quliyev isə AMEA-nın vitse-prezidentləri seçiliblər.
İclasda, həmçinin akademik Vaqif Fərzəliyev AMEA-nın Kimya Elmləri Bölməsinin Elmi Şurasının sədri təyin olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ameaytp.az saytına istinad zəruridir.