AMEA Yüksək Texnologiyalar Parkında növbəti dəfə dezinfeksiya işləri həyata keçirilib
Məlum olduğu kimi, koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması və profilaktikası, əhalinin sağlamlığının mühafizəsi ilə bağlı bütün lazımi tədbirlər ən yüksək səviyyədə davam etdirilir.
AMEA-nın bütün elmi müəssisə və təşkilatlarında olduğu kimi, Yüksək Texnologiyalar Parkında da koronavirusun yayılmasının qarşısının alınması, müəssisə işçilərinin sağlamlığı və təhlükəsizliyinin qorunması məqsədilə mütəmadi olaraq sanitar-dezinfeksiya və digər qabaqlayıcı tədbirlər həyata keçirilir.
Bu məqsədlə Texnoparkda növbəti dəfə tibbi-profilaktik və dezinfeksiya işləri görülüb. Parkın nəzarət-buraxılış məntəqəsi, ərazisi, inzibati binanın otaqları, konfrans zalı və dəhlizləri dezinfeksiya olunub.
Qeyd edək ki, Yüksək Texnologiyalar Parkında Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi şəkildə əməl olunur. Park və onun rezident müəssisələrinə əməkdaşlar tibbi maska ilə buraxılır, sosial məsafə gözlənilir və şəxsi gigiyena qaydalarına ciddi nəzarət olunur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ameaytp.az saytına istinad zəruridir.