Avropa İnnovasiya Şurasının onlayn tədbirləri keçiriləcək
Avropa İnnovasiya Şurasının (EIC) İşçi Proqramının tezliklə yayımlanması nəzərdə tutulur. Bu məqsədlə ikigünlük tədbirin keçirilməsi planlaşdırılır.
Belə ki, 18 mart 2021-ci il tarixində saat 12:30-14:00-da Avropa İnnovasiya Şurasının təqdimat mərasimi keçiriləcək. Avropa təşkilatlarının rəhbərlərinin təqdimatı, həmçinin aparıcı sahibkarlar, investorlar və tədqiqatçılarla EIC-in Avropanın iqtisadi inkişafına töhfəsinə dair canlı müzakirələr aparılacaq.
19 mart 2021-ci il tarixində saat 12:30-19:00-da isə Avropa İnnovasiya Şurasının müraciətçilər günü baş tutacaq, EIC-in fəaliyyəti və müraciət qaydaları üzrə praktiki məsləhətlər veriləcək.
Hər iki tədbir “EUScience Innov’s” “Youtube” kanalı vasitəsilə yayımlanacaq.
Ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ameaytp.az saytına istinad zəruridir.