AMEA Yüksək Texnologiyalar Parkının əməkdaşları Cənubi Koreyada sertifikatlarla təltif ediliblər
24 iyul - 15 avqust tarixlərində CIAT proqramı çərçivəsində KOICA tərəfindən dəstəklənən Cənubi Koreya Respublikasının Elm və Texnologiya Siyasəti İnstitutunda keçirilən “Texnologiya Parklarının Planlaşdırma və İnkişafı Siyasəti: Texnologiyanın Transferi və Kommersiyalaşdırılması“ təlim proqramında fəal iştirak etdiklərinə görə AMEA Yüksək Texnologiyalar Parkının əməkdaşları - Patent, sertifikatlaşdırma, marketinq və biznes inkubasiya şöbəsinin müdir müavini Elşən Əliyev və həmin şöbənin baş mütəxəssisi İsa Həsənzadə sertifikatlarla təltif ediliblər.