İtalyanın Elektronika və Maqnetizm Materialları İnstitutunun alimləri AMEA-nın Strateji Elmi Tedqiqatlar Mərkəzinin 2№-li laboratoriyasının fəaliyyəti ilə tanış olub
1 noyabr 2019-cu il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Strateji Elmi Tədqiqatlar Mərkəzinin (SETM) 2№-li laboratoriyasında İtalyanın Elektronika və Maqnetizm Materialları İnstitutunun (https://www.imem.cnr.it/) alimləri - Dr. Klaudio Ferrari, Dr.Giovanni Attolini, Dr.Sara Beretta və Dr. Francesco Rispoli ilə görüş keçirilmişdir. İlk olaraq 2№-li laboratoriyanın fəaliyyəti haqqında laboratoriyanın müdiri f.ü.f.d Əhmədov Fərid məlumat vermişdir. Qonaqlara azərbaycanlı alimlərin hazırladığı yüksək həssaslığa malik silisium fotoelektron gücləndiricilər, analoqları ilə müqayisəsi, onların tətbiq sahələri və beynəlxalq əməkdaşlıq imkanları haqqında məlumat verilmişdir. Təqdim edilən iş barəsində geniş müzakirələr aparılmışdır. İş qonaqlar tərəfindən yüksək qiymətləndirilmişdir. Daha sonra qonaqlara laboratoriyada mövcüd olan avadanlıqlar və onların parametrləri haqqında məlumat verilmişdir.
Görüşdə Radiasiya Problemləri İnstitunun (RPİ) direktoru Akademiyanın müxbir üzvü O.Səmədov, Strateji Elmi Tedqiqatlar Mərkəzinin elmi işlər üzrə direktor müavini f-r.e.n Ə.Paşayev, Fizika İnstitunun aparıcı elmi işçisi f.ü.f.d N.Musayeva, RPİ-nin İnnovativ şüa qəbulediciləri laboratoriyasının elmi işçisi f.ü.f.dA.Sadıqov və SETM-in baş mütəxəsisi İ. Nuruyev- iştirak etmişdirlər.