"AMEA Yüksək Texnologiyalar Parkı" MMC-də Beynəlxalq Qadınlar Günü qeyd edilib
Martın 6-da "AMEA Yüksək Texnologiyalar Parkı" MMC-də qarşıdan gələn 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilib.
"AMEA Yüksək Texnologiyalar Parkı" MMC-nin Baş direktoru professor Elton Məmmədov qadın əməkdaşları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıb.
Tədbirin sonunda müəssisənin qadın əməkdaşlarına rəhbərlik tərəfindən hədiyyələr təqdim edilib.