AMEA Yüksək Texnologiyalar Parkı karonavirus pandemiyası ilə mübarizə istiqamətində əməkdaşlıq edir
Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatı, "LiderMed" MMC və “AMEA Yüksək Texnologiyalar Parkı” MMC arasında karonavirus pandemiyası ilə mübarizə istiqamətində əməkdaşlıq müqaviləsi bağlanmışdır. Müqavilənin predmeti olaraq istehlak mallarında (qida daxil olmaqla), əczaçılıq, yuyucu və dezinfeksiyaedici məhsulların qablaşdırılmasında istifadə edilən materiallarda toksik elementlərin təyini göstərilmişdir.
Toksik elementlərin təyini “AMEA Yüksək Texnologiyalar Parkı” MMC-nin Elmi Analitik Sınaq Laboratoriyasındakı ABŞ XOS firmasının istehsal etdiyi “HD XRF Prime Analyzer” cihazında vasitəsilə həyata keçirilir. Təqdim edilən plastik materalların tərkibində toksik elementlər CPSİA-nın (İstehlak Məhsullarının Təhlükəsizliyi Aktı) keyfiyyət normalarına cavab verir.
Cihaz Avropa Birliyi, İsrail, Koreya, Çin, Yaponiya və Hindistan kimi ölkələrdə patentləşdirilib və CPSİA çərçivəsində gömrük-keçid nəzarəti laboratoriyalarında geniş istifadə edilir.