Previous Next

28 May - Respublika Gününüz mübarək!

   Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 102-ci ili tamam olur. Bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olmuşdur. Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir.
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə AMEA Yüksək Texnologiyalar Parkının kollektivi adından xalqımızı səmimi qəlbdən təbrik edir, ölkəmizə firavan gələcək, əmin-amanlıq arzu edirik.