AMEA-nın Yüksək Texnologiyalar Parkında tibbi-profilaktik və dezinfeksiya tədbirləri davam etdirilir
AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) pandemiya dövründə kollektivin sağlamlığının və təhlükəsizliyinin qorunması məqsədilə tibbi-profilaktik və dezinfeksiya tədbirləri davam etdirilir. Belə ki, YT Parkın nəzarət-buraxılış məntəqəsi, ərazisi, inzibati binanın otaqları, konfrans zalı və dəhlizlər dezinfeksiya olunub.
Parkda Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına və tövsiyələrinə ciddi şəkildə əməl olunur. Karantin dövründə müəssisəyə məhdud sayda işçilər cəlb olunub. Əksər işlərin məsafədən həyata keçirilməsinə üstünlük verilir.
Bununla yanaşı, əməkdaşların tibbi maska olmadan müəssisəyə daxil olması qadağan edilib. İşçilər hərarətləri elektron termometrlə ölçüldükdən sonra, yalnız tibbi maska ilə müəssisəyə buraxılır, sosial məsafə gözlənilir və şəxsi gigiyena qaydalarına ciddi nəzarət olunur.
Qurumun kollektivi arasında virusla mübarizə məsələlərinə dair maarifləndirmə işləri də davam etdirilir.
Qeyd edək ki, koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması və müəssisə işçilərinin sağlamlığının qorunması məqsədilə mütəmadi olaraq sanitar-dezinfeksiya və digər qabaqlayıcı işlərin həyata keçirilməsi nəzərdə tutulub.