"DN TECHNOLOGIES" MMC

“DN TECHNOLOGIES MMC” – fəaliyyət istiqaməti 3D modelləmə & Simulyator və Robot Texnologiyaları olan şirkət proqram təminatları və texnoloji yönümlü məhsulların istehsalı, satışını həyata keçirir. Həmçinin lisenziya əsasında məhsulların digər təşkilatların istifadəsinə verilməsi ilə məşğuldur. Təməli 2012-ci ildə qoyulan şirkət kiçik bir komanda ilə layihələrin icrasını həyata keçirir. 2016-cı ilə qədər şirkətin peşəkar proqram təminatı, elektronika və mexanika mühəndislərindən ibarət çevik komandası formalaşır. Eyni zamanda gələcək məhsulların konsepti və ilkin sınaq nümunələri də isteshal edilir. 2017-ci ildə təsis edilən “DN TECHNOLOGIES MMC”-nin satışa çıxarılan ilk məhsulu müxtəlif növ atıcı silahlar üçün nəzərdə tutulmuş “Virtual Təlim Atış Simulyatoru” olur. Məhsul 100-dən çox orta təhsil müəssisələrində hərbiyə qədər çağırış otaqlarında və 50-dən çox müxtəlif güc strukturlarında şəxsi heyətin atıcılıq qabiliyyətinin yüksəldilməsi üçün nəzərdə tutulmuş tir otaqlarında quraşdırılıb, istifadəyə verilib. Şirkətin komandası gələcək məhsulların konsepti və prototipin hazırlanması üzərində daima işlər aparır. Komandaya peşəkar mütəxəssislərlə birgə yerli universitetlərdən potensial mütəxəssislərin yetişdirilməsi məqsədi ilə tələbələr cəlb olunur.