Image

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA)

Yüksək Texnologiyalar Parkı (YT Park)

Azərbaycan Respublikasının Prezidentinin 08 noyabr 2016-cı il tarixli 2425 nömrəli Sərəncamı ilə yaradılmış Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkı (YT Park) yüksək texnologiyaların hazırlanması və təkmilləşdirilməsi məqsədi ilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi (kommersiyalaşdırılması) üçün zəruri infrastrukturu və maddi-texniki bazası olan ərazidir. YT Parkın fəaliyyətinin təşkili, idarə olunması və inkişaf etdirilməsini həyata keçirən Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində yaradılan dövlətə məxsus hüquqi şəxs “AMEA Yüksək Texnologiyalar Parkı” MMC-dir.

YT Parkın yaranmasında məqsəd ölkədə iqtisadiyyatın davamlı inkişafına və rəqabət qabiliyyətinin artırılmasına, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinə, elmi tədqiqatların aparılmasına və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılmasına dövlət dəstəyini daha da artırmaqdan ibarət olmuşdur.

AMEA YT Park yarandığı dövrdən innovativ texnoloji yeniliklərin ölkəmizdə inkişaf etdirilməsi, cəmiyyətdə innovativ təşəbbüslərin artrılması və ən əsası elmin kommersiyalaşmasını həyata keçirməklə innovativ sahibkarlığın formalaşmasına dəstək verir.

Azərbaycanda elmin kommersiyalaşmasında birbaşa iştirak edən YT PARK Azərbaycanda elmtutumlu, rəqabətqabliyyətli və innovativ məhsulların istehsalını həyata keçirmiş, yenilikçi bizneslərin yaradılması istiqamətində özəl sektor, biznes şəbəkələri ilə  əməkdaşlıqdadır. Eyni zamanda YT PARK həm innovativ biznes ideyası olan gənc startapçılarla və universitetlərlə əməkdaşlıq edir.

Hazırda AMEA Yüksək Texnologiyalar Parkı müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya yönümlü yeni texnologiyaların hazırlanması və təkmilləşdirilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Qeyd edək ki, Texnopark yalnız ölkə daxilində deyil, həm də ölkə xaricində fəaliyyət göstərən alimlərimizlə əməkdaşlıq edir. Həmçinin, YT PARK texnologiya və innovasiya sahəsində baş verən yeniliklərlə yaxından tanış olmaq məqsədilə müxtəlif ölkələrin texnoparkları ilə sıx əlaqədədir.