Image

Azərbaycan Milli Elmlәr Akademiyası (AMEA)

Yüksәk Texnologiyalar Parkı (YT Park)

Müşahidə Şurası

Image


Müşahidə Şurasının sədri


Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti
akademik Ramiz Ənvər oğlu Mehdiyev
Image


Müşahidə Şurasının katibi


Azərbaycan Milli Elmlər Akademiyasının
akademik-katibi, müxbir üzv Əminağa Bəhmən oğlu Sadıqov
Image



Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

akademik Rasim Məhəmməd oğlu Əliquliyev
Image




Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti,
akademik İradə Məmməd qızı Hüseynova
Image


Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru
akademik Vaqif Məcid oğlu Fərzəliyev

Müşahidə Şurası öz səlahiyyətləri hüdudlarında Cəmiyyətin ümumi yığıncaqlar arasındakı dövrdə onun icra orqanının fəaliyyətinə nəzarəti həyata keçirən orqandır. Şuranın üzvləri 5 il müddətinə AMEA tərəfindən təyin edilir. Onlar təkrar müddətə təyin edilə bilərlər. İcra orqanının rəhbəri Şuranın üzvü ola bilməz. Şuranın sədri Şuranın üzvləri arasından Şura üzvləri tərəfindən seçilir. Şuranın sədri Şuraya rəhbərlik edir. Şuranın  iclasları növbəti və ya növbədənkənar ola bilər. Şuranın növbəti iclasları ən azı üç ayda bir dəfə Şuranın sədri tərəfindən çağırılır. Şuranın növbədənkənar (fövqəladə) iclasları Cəmiyyətin maraqları tələb etdikdə Şura üzvlərinin  tələbi ilə, Şuranın sədri tərəfindən çağırılır. Şuranın tərkibi üzvlərinin sayının yarısına qədər azaldıqda, 30 (otuz) təqvim günü ərzində Şuraya yeni üzvlər təyin edilir. Şuranın iclaslarına çağırılma Şuranın sədrinin üzvlərə 3 (üç) təqvim günü qabaqcadan, iclasın yerinin, vaxtının, müzakirəyə çıxarılan məsələlərin göstərilməsi şərtilə, xəbərdarlıq göndərilməsi ilə həyata keçirilir. Şuranın iclası üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli sayılır. Şuranın iclasında hər üzv bir səsə malik olmaqla, qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Üzvlərin səsvermə zamanı bitərəf qalmasına icazə verilmir. Səslər bərabər olduqda Şura sədrinin səsi həlledici sayılır. Şuranın iclasının yekununda iclasın yerini, vaxtını, iştirakçılarını, gündəliyini, çıxışların xülasəsini, səsvermənin nəticələrini və qərarlarını əks etdirən protokol tərtib edilir. Protokol Şuranın sədri və katibi tərəfindən imzalanır.