Qeydiyyat mexanizmi

Texnologiyalar parkının rezidenti kimi qeydiyyatdan keçmək üçün ərizənin Forması və ona əlavə edilən sənədlərin Siyahısı

 

1. Ərizə (YÜKLƏ);

2. Hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti (ərizəçi hüquqi şəxs olduqda);

3. Hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin (təmsilçisinin) şəxsiyyətini təsdiq edən sənədin surəti (ərizəçi hüquqi şəxs olduqda);

4. Fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin və vergi uçotuna alınması haqqında şəhadətnamənin surəti (ərizəçi fiziki şəxs olduqda);

5. Hüquqi şəxsin nizamnaməsinin surəti (ərizəçi hüquqi şəxs olduqda);

6. İnnovasiya və ya yüksək texnologiya layihəsi (biznes planın hazırlanmasına dair metodiki göstərişi YÜKLƏ);

7. Hüquqi və ya fiziki şəxsin texnologiyalar parkında məşğul olmaq istədiyi sahibkarlıq fəaliyyəti üçün xüsusi razılığın (lisenziyanın) və icazə xarakterli digər sənədlərin surətləri (əgər ərizədə göstərilibsə).