Image

Elm və Texnologiya Parkı MMC

Azərbaycan Milli Elmlər Akademiyasının № 9/5 qərarı ilə 07.09.2016 – ci il tarixdə təsis edilib. “Elm və Texnologiya Parkı” MMC-nin fəaliyyətinin əsas məqsədi innovativ məhsulların və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və ya təkmilləşdirilməsi məqsədi ilə tədqiqatların, təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənayedə, xidmət sahələrində tətbiqi üçün şəraitin yaradılması, fəaliyyətin təşkili və inkişaf etdirilməsindən ibarətdir. Şirkətin hal – hazırda hazırladığı lahiyələrdən biri “Geniş təyinatlı multirotor insansız uçan aparatların istehsalı prosesi”-dir. Multirotor insansız uçan aparatlar hal-hazırda dünya bazarında işkişaf etməkdə olan sahələrdən biridir. Beləki müasir dünyada bu sistemlərin Axtarış xilasetmə və Təcili yardım kimi insan sağlamlığına vacib sahələrlə yanaşı, Poçt çatdırılma sistemlərində və müxtəlif təyinatlı müşahidə sistemlərində də istifadəsi genişlənir. Layihənin məqsədi Azərbaycanda dünya standartlarına cavab verən yeni nəsil insansız uçan aparatların istehsalının təşkil edilməsidir. İlk mərhələdə daxili bazarda tələblərin ödənilməsi, daha sonradan digər bazarlara çıxılması nəzərdə tutulub. Gələcəkdə bu istiqamətdə aparılan işlər daha mükəmməl texnologiyaların yaradılmasına gətirib çıxaracaq. Belə ki, bir çox sahələrdə istifadə edilən ağır uçuş aparatları ilə əvəz ediləcəkdir. İUA-lar müasir tipli kənd təsərrüfatı fermalarından axtarış xilasetmə əməliyyatlarına qədər bir çox sahələrdə istifadə edilə bilər. İntuitiv idarəetmə sistemi pilot olmayan şəxslərin belə bu aparatları idarə etməsinə imkan yaradır.