Xiaomi SU7-nin Çindən kənarda satışa çıxarılması planlaşdırılmır
Xiaomi şirkəti keçən həftə SU7 adlı ilk elektromobilinin Çində satışlarına start verdi. İlk növbədə satışa Xiaomi SU7 ilə SU7 Max modelləri çıxıblar. Xiaomi SU7 Pro-nun satışlarına isə may ayının sonunda start verilməlidir. Xiaomi rəsmilərinin vermiş olduqları məlumata əsasən Xiaomi öz ilk elektromobilini Çin bazarından kənarda satışa çıxartmağı planlaşdırmır.
Şirkətin öz ilk elektromobilini digər bazarlarda hələ satmaq istəməməsinin səbəbi bilinmir. Potensial səbəblər arasında digər şirkətlər tərəfindən olan böyük rəqabət və Xiaomi-nin digər regionları elektromobil ilə təmin edəcək səviyyədə istehsal gücünə hələ sahib olmaması ola bilər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.edu.gov.az saytına istinad zəruridir.