Azərbaycan Milli Elmlәr Akademiyası (AMEA)

Yüksәk Texnologiyalar Parkı (YT Park)

Ekspertlər şurası

Image


Ekspertlər Şurasının sədri


Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti
akademik Rasim Məhəmməd oğlu Əliquliyev
Image


Ekspertlər Şurasının katibi


Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru
akademik Vaqif Məcid oğlu Fərzəliyev
Image



AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru

akademik Əliyev Telman Abbas oğlu
Image



AMEA-nın Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini
akademik Cavad Şahvələd oğlu Abdinov
Image



AMEA-nın Polimer Materialları İnstitutunun direktoru
AMEA-nın müxbir üzvü Bəxtiyar Əjdər oğlu Məmmədov
Image



AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru
AMEA-nın müxbir üzvü Oqtay Əbil oğlu Səmədov
Image



AMEA-nın Biofizika İnstitutunun direktoru
AMEA-nın müxbir üzvü Oktay Kazım oğlu Qasımov
Image



AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktorunun müavini
texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Qurbanəli oğlu Ələkbərov

Ekspertlər Şurası texnologiyalar parkında rezident kimi qeydiyyata alınma ilə əlaqədar müraciət etmiş ərizəçilər tərəfindən təqdim olunan innovasiya və ya yüksək texnologiya layihəsinin qiymətləndirilməsi, müvafiq rəyin hazırlanması, layihələrin, elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin həyata keçirilməsi məqsədilə yaradılır. Eyni zamanda innovasiya məhsulunun hazırlanması və ya işlənməsi sahəsində nailiyyətlərin, qabaqcıl təcrübənin öyrənilməsi, onların tətbiqinə dair təkliflərin hazırlanmasını həyata keçirir.

Ekspertlər  Şurasının əsas vəzifələri aşağıdakılardır:

  • Ərizəçilərin innovasiya layihələrinə dair rəy vermək;
  • Texnoparkda hazırlanmış texnologiyaların, elmi nəticələrin və innovativ məhsulların tətbiqi və istehsalı ilə əlaqədar texniki-iqtisadi əsaslandırmalara rəy vermək;
  • səlahiyyətli orqan (dövlət elm və təhsil müəssisəsi) və idarəedici təşkilat tərəfindən müəyyən edilən digər vəzifələri icra etmək

Ekspertlər Şurası  öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:

  • Texnoparkın ixtisaslaşmış fəaliyyət sahəsinin inkişafı və təkmilləşdirilməsi üzrə səlahiyyətli orqana (dövlət elm və təhsil müəssisəsinə) və idarəedici təşkilata təkliflər vermək;
  • Səlahiyyəti daxilində dövlət qurumlarından, elm və təhsil müəssisələrindən müəyyən olunmuş qaydada zəruri məlumatlar almaq;
  • İnnovasiya layihələrinin ətraflı ekspertizasına ehtiyac olduğu təqdirdə, ixtisaslaşmış mütəxəssisləri (ekspertləri) cəlb etmək

Ekspertlər Şurası innovasiya layihələri haqqında ətraflı məlumat almaq, layihənin perspektivini və səmərəliliyini düzgün qiymətləndirmək məqsədi ilə kənar mütəxəssislərin və ixtisaslaşmış qurumların rəylərini öyrənir, ərizəçilərlə görüşlər keçirir. İnnovasiya layihəsinin qiymətləndirilməsinə dair Ekspertlər Şurasının rəyi Şuranın iclaslarının qərarı ilə təsdiq olunur. Ekspertlər Şurasının iclasları  innovasiya layihələri təqdim olunduqda, habelə Ekspertlər Şurasının vəzifələrinin icrası ilə bağlı zərurət yarandığı hallarda keçirilir. Ekspertlər Şurasının   iclasları   Şura   üzvlərinin   yarıdan   çoxu   iştirak   etdikdə səlahiyyətlidir. Ekspertlər Şurasının  qərarları  sadə  səs çoxluğu  ilə  qəbul  edilir.  İclasda iştirak edən  Ekspertlər Şurasının üzvlərinin səsləri bərabər bölündükdə, Ekspertlər Şurasının sədrinin səsi həlledici hesab edilir.