Moskva Hökuməti yanında İxrac Mərkəzinin kollektivi Yüksək Texnologiyalar Parkını ziyarət edib.
24 aprel 2024-cü il tarixində Moskva Höküməti yanında İxrac Mərkəzinin direktor müavini Nadejda Larionova, həmin mərkəzin şöbə müdiri Lyudmila Pikalova və baş mütəxəssis Alla Modina Yüksək Texnologiyalar Parkında (YTP) olublar. Görüş zamanı YTP-nin baş direktoru Vasif Abbasov texnoparkın fəaliyyəti haqqında qonaqları məlumatlandırmışdır. Rusiya ilə əlaqələrin önəmli olduğunu bildirən baş direktor hər iki ölkənin texnoparkları arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın zəruri olduğunu diqqətə çatdırmışdır. Görüşdə Moskva texnoparkları və şirkətləri ilə YTP arasında əməkdaşlıq imkanları müzakirə edilmiş, təkliflər səsləndirilmiş, gələcəkdə birgə innovativ məhsulların istehsalı ilə bağlı maraqlı fikirlər irəli sürülmüşdür. Müzakirələrdə YTP-nin icraçı direktoru Zaur Nəhmətov və İnkubasiya və Texnologiyaların Transferi Mərkəzinin şöbə müdiri Bünyamin Seyidov da iştirak etmişdir.
Daha sonra qonaqlar texnoparkın infrastrukturu və rezident müəssisələr ilə tanış olmuşlar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.edu.gov.az saytına istinad zəruridir.