AMEA Yüksək Texnologiyalar Parkının Patent, sertifikatlaşdırma, marketinq və biznes inkubasiya şöbəsinin müdir müavini Elşən Əliyev iştirak etdiyi proqramda YT Parkda gənc alimlərə göstərilən diqqətdən bəhs edib. Eyni zamanda AMEA Yüksək Texnologiyalar Parkının fəaliyyət istiqamətləri, innovativ nailiyyətlərin və texnoloji prosseslərin tətbiq sferası, aparılan marketinq siyasəti və elmin kommersiyalaşdırılmasının praktiki aspektləri barədə məlumat verib. AMEA YT Park tərəfindən ilk dəfə keçirilən “Elm həftəsi” üzrə qalib layihələr də diqqətə çatdırılıb.