AMEA YT Parkın Biznes İnkubasiya Mərkəzi “Smart Greenhouse” layihəsini inkubasiya proqramına qəbul etmişdir.

AMEA YT Parkın Biznes İnkubasiya Mərkəzi “Smart Greenhouse” layihəsini inkubasiya proqramına qəbul etmişdir. “Smart Greenhouse” aqrar sahədə fəaliyyəti nəzərdə tutulan xüsusi sensorlar və informasiya sistemi vasitəsi ilə idarəediləbilən istixana istehsalı layihəsidir. Layihənin məqsədi təsərrüfatlar və həyətyanı sahələrdəki istixanalarda müasir texnologiyalardan istifadə etməklə məhsulun yetişdirilməsinə sərf olunan resursun azaldılması, data əsaslı innovativ həllərin təklif edilməsidir.
AMEA YT Parkın Biznes İnkubasiya Mərkəzi layihəyə dəstək məqsədi ilə layihə komandasını iş mühiti ilə təmin edəcəkdir. Həmçinin mentorluq və məsləhətçilik xidmətləri ilə layihə inkişaf etdikdən sonra nəticəyə əsasən investorlar ilə görüşü təşkil olunacaqdır.


25.12.2017