"SCİENCE CİTY" yaşayış kompleksi tikiləcək.

Abşeron Rayonu Saray qəsəbəsində Azərbaycan Milli Elmlər Akademiyasının Əməkdaşlarının  mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə "SCİENCE CİTY" yaşayış kompleksi tikiləcək. Masazır gölünün yaxınlığında, Bakı şəhərindən 15km, Sumqayıt şəhərindən 3km məsafədə ekoloji təmiz havası olan yerdə yerləşən yaşayış kompleks magistral yola yaxın yerləşir. Kompleksin həyətində və ətrafında böyük parkların salınması planlaşdırılır. Kompleksdə 12,14,16 mərtəbəli yaşayış binalarında 1,2, 3 otaqlı mənzillər, qaraj və qeyri-yaşayış sahələrinin tikintisi nəzərdə tutulub. Mənzillər AMEA əməkdaşlarına xüsusi güzəştlərlə satılacaq.


14.12.2017