AMEA YT Parkın əməkdaşı “Texnologiyalar və İnnovasiyalar: İqtisadi islahatlar və inkişaf perspektivləri” konfransında çıxış edib.

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və birgə “Texnologiyalar və İnnovasiyalar: İqtisadi islahatlar və inkişaf perspektivləri” mövzusunda konfrans keçirib.

Konfrans ölkədə innovativ inkişaf perspektivlərinin müzakirəsinə həsr olunub. Tədbirdə dövlət, özəl və xarici qurumlardan 100-dək mütəxəssis iştirak edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı çıxışında bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahat prosesi innovasiya yönümlü inkişaf üzərində qurulub. Ölkəmizdə innovativ layihələrin dəstəkləndiyini bildirən V.Qasımlı elmin kommersiyalaşdırılması istiqamətində görülən işlərin səmərəli nəticələr verdiyini vurğulayıb.O əlavə edib ki, Strateji Yol Xəritəsində nəzərdə tutulan prioritetlərin həyata keçirilməsi nəticəsində 2020-ci ildə real ÜDM-in 235 milyon manat artacağı və telekommunikasiya sektorunda 1450 iş yerinin yaradılacağı proqnozlaşdırılır.

  “İnnovativ məhsullar və İT xidmətlərin ixrac potensialı” panelində çıxış edən AMEA YT Parkın Texnologiyaların Transferi şöbəsinin müdiri Zaur Əhmədzadə qeyd edib ki, AMEA YT Parkı Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılmasından cəmi 1il keçməsinə baxmayaraq, AMEA YT Park böyük uğurlara imza atmışdır. Müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan yüksək texnologiyalar sahəsinin inkişafı istiqamətində Texnoparkda görülən işlər barədə məlumat verərək, rezidentlərə yaradılan şəraitdən söz açmışdır. Bildirib ki,rezdentlərimiz İnnovativ məhsullar istehsal edərək ölkənin ixrac potensialını gücləndirir. Bu sahədə həyata keçirilən layihələr elmtutumlu iqtisadiyyatın inkişafına təkan verir və innovasiya, yüksək texnologiyaların istehsalata tətbiqini genişləndirir.

  Konfransda “İslahatların innovasiyaların və İKT-nin inkişafında rolu” və “İnnovativ məhsullar və İT xidmətlərin ixrac potensialı” mövzularında panel müzakirələr təşkil edilib və iştirakçıların sualları cavablandırıb.

 


15.12.2017