LAYİHƏLƏR

STEPI İLƏ ƏMƏKDAŞLIQ (az)

AMEA YTP ilə Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutu (STEPI) arasında əlaqələr 2017-ci ildə qurulmuşdur. Bu əməkdaşlıq çərçivəsində 7 avqust 2017-ci il tarixində AMEA YTP-nin mütəxəssisləri üçün “Azərbaycan üçün “Elm, texnologiya və innovasiya siyasəti və sənaye” mövzusunda seminarı keçirilmişdir. Seminarın əsas məqsədi sənaye innovasiyası sahəsində Koreya təcrübəsinin öyrənilməsi, o cümlədən Koreya ilə Azərbaycan arasında elm və texnologiya sahəsində davamlı əməkdaşlığa nail olmaq olmuşdur. Koreya Beynəlxalq İnnovasiyalar üzrə Əməkdaşlıq Mərkəzindən (IICC) potensialın artırılması və təlim üzrə ekspertlərinin iştirakı ilə keçirilən dörd günlük seminar elm və texnologiya siyasətlərinin həyata keçirilməsi, elm və texnologiya və innovasiya parklarının idarə edilməsi, milli/regional innovasiya sisteminin yaradılması, effektiv milli inkişafın uğurlu amilləri, Koreya iqtisadiyyatının inkişafına yönəlmiş elm, texnologiya və innovasiya siyasətinin nailiyyətləri istiqamətləri üzrə təqdimatlar təqdim edilmişdir. Seminarda Koreyanın texnologiyaların transferi və kommersiyalaşdırılması siyasəti və Azərbaycanda mövcud vəziyyət müzakirəedilmiş, texnologiyaların transferi və kommersiyalaşdırılması üzrə qrup təlimləri keçirilmiş və iştirakçılar sertifikatlarla təltif edilmişdir. AMEA YTP-nin Azərbaycanda elm, texnologiya və innovasiyanın (ETİ) təşviqatçısı kimi böyük vizyonunu və missiyasını yerinə yetirmək üçün Koreya hökuməti tərəfindən maliyyələşdirilən ODA layihəsi çərçivəsində Azərbaycanda texnoparkların texnologiya transferi üzrə mütəxəssislərinin potensiallarının inkişafına dəstək verməsini xahiş etmişdir. Koreya hökumətinin dəstəyi ilə STEPI, AMEA YTP ilə birgə 12-14 iyun 2018-ci il tarixlərində Bakıda innovasiya, elmi ideyaların sənayedə tətbiqi və təlim sahələrində Koreya təcrübəsini bölüşmək məqsədilə tədqiqatçılar və
mütəxəssislər, kollec tələbələri və özəl sektor işçiləri üçün tədqiqat nəticələrinin kommersiyalaşdırılması üzrə təlim seminar təşkil etmişdir. “Yüksək Texnologiyalar Parkı” və “texnologiyaların ötürülməsi və kommersiyalaşdırılması” terminləri Azərbaycan üçün nisbətən yeni anlayışlar olduğundan, AMEA YTP-nin fəaliyyətini və idarəetmə imkanlarını artırmaq və Azərbaycanda tədqiqat və sənaye arasında əməkdaşlığı yaxşılaşdırmaq üçün STEPI-nin davamlı dəstəyi ilə Koreyadakı texnologiya parkları ilə əməkdaşlığın genişləndirilməsi qarşıya məqsəd olaraq qoyulmuşdur. Bu təlim seminarı zamanı STEPI AMEA YTP-nin rəhbərliyi ilə müzakirələr aparılmış və 2019-cu il üçün aşağıdakı əməkdaşlıq fəaliyyətləri təklif eidlmişdir: 1) AMEA YTP-nin institusional çərçivəsinin və proqramlarının diaqnostikası, 2) Koreyanın texnologiya transferi ofisləri və ya texnoparklarının öyrənilməsi yolu ilə təcrübə mübadiləsi və Koreyaya səfərlər
və 3) Azərbaycanda texnologiya transferi üzrə ixtisaslaşmış qurum kimi AMEA YTP üçün həyata keçirilə bilən baş planın işlənib hazırlanması üzrə məsləhətləşmələr.

AMEA YTP-nin Azərbaycanda elm, texnologiya və innovasiyanın (ETİ) təşviqatçısı kimi böyük vizyonunu və missiyasını yerinə yetirmək üçün Koreya hökuməti tərəfindən maliyyələşdirilən ODA layihəsi çərçivəsində Azərbaycanda texnoparkların texnologiya transferi üzrə mütəxəssislərinin potensiallarının inkişafına dəstək verməsini xahiş etmişdir. Koreya hökumətinin dəstəyi ilə STEPI, AMEA YTP ilə birgə 12-14 iyun 2018-ci il tarixlərində Bakıda innovasiya, elmi ideyaların sənayedə tətbiqi və təlim sahələrində Koreya təcrübəsini bölüşmək məqsədilə tədqiqatçılar və mütəxəssislər, kollec tələbələri və özəl sektor işçiləri üçün tədqiqat nəticələrinin kommersiyalaşdırılması üzrə təlim seminar təşkil etmişdir.

“Yüksək Texnologiyalar Parkı” və “texnologiyaların ötürülməsi və kommersiyalaşdırılması” terminləri Azərbaycan üçün nisbətən yeni anlayışlar olduğundan, AMEA YTP-nin fəaliyyətini və idarəetmə imkanlarını artırmaq və Azərbaycanda tədqiqat və sənaye arasında əməkdaşlığı yaxşılaşdırmaq üçün STEPI-nin davamlı dəstəyi ilə Koreyadakı texnologiya parkları ilə əməkdaşlığın genişləndirilməsi qarşıya məqsəd olaraq qoyulmuşdur.

Bu təlim seminarı zamanı STEPI AMEA YTP-nin rəhbərliyi ilə müzakirələr aparılmış və 2019-cu il üçün aşağıdakı əməkdaşlıq fəaliyyətləri təklif eidlmişdir: 1) AMEA YTP-nin institusional çərçivəsinin və proqramlarının diaqnostikası, 2) Koreyanın texnologiya transferi ofisləri və ya texnoparklarının öyrənilməsi yolu ilə təcrübə mübadiləsi və Koreyaya səfərlər və 3) Azərbaycanda texnologiya transferi üzrə ixtisaslaşmış qurum kimi AMEA YTP üçün həyata keçirilə bilən baş planın işlənib hazırlanması üzrə məsləhətləşmələr.

 

AMEA YTP-nin STEPI ilə əməkdaşlığı “Azərbaycanda texnologiya transferi və elmin kommersiyalaşdırılmasının təşviqi” layihəsi üzrə 2019-2020 ci illəri işlərdə davam etdirilmişdir. Layihənin 1-ci ili üçün əsas məqsəd Azərbaycanda texnologiya transferi ekosisteminin hazırki statusunun qiymətləndirilməsi, eləcə də texnologiya transferi və elmin kommersiyalaşdırlması sahəsində Koreya təcrübəsinə texnologiya transferi və elmin kommersiyalaşdırmasının qiymətləndirilməsi, institusional səviyyədə texnologiya transferi və elmin kommersiyalaşdırmasının idarə edilməsi, texniki sahibkarlıq və start-up proqramı və qlobal texnologiya transferi və kommersiyalaşdırma istiqamətləri üzrə biliklərin əldə edilməsi olmuşdur. 2019-cu ildə keçirilmiş 3 təlim çərçivəsində həm ölkə üzrə elm və təhsil müəssisələrini, həm də AMEA-nın elmi müəssisələrini təmsil edən  iştirakçılar yuxarıda qeyd edilən sahələr üzrə nəzəri biliklər əldə etmişlər.  Bu sahədə Koreya təcrübəsindən istifadə edilməsi və YTP ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində innovasiya fəaliyyətlərinin inkişaf etdirmələri müvafiq təşkilatlara tövsiyyə olunmuşdur.

Layihənin ikinci ili üçün STEPI  prioritet olaraq institusional səviyyədə YTP-nin strateji planının hazırlanmasını təklif etmişdir. Bu məqsədlə cari ilin may ayında  YTP-nin rəhbərliyi və Koreyalı ekspertlərin iştirakı ilə onlayn müzakirələr aparılmışdır. Görüş zamanı YTP-nin daxili sistemi, dövlət satınalmaları, texnologiya transferi və kommersiyalaşdırma, start-up və inkubasiya və test və akreditasiya istiqamətləri üzrə müzakirələr aparılmışdır. 3-4 sentyabr 2020-ci il tarixlərində videokonfrans formatında layihə tərəflərinin onlayn iclası keçirilmiş, texnoparklar üçün fandreyzinq və biznes modellər, rezidentlərin cəlb edilməsi və texnoparkların rəqəmsallaşdırılması mövzuları üzrə koreyalı ekspertlərin mühazirələri dinlənilmişdir.  Həmçinin yerli və koreyalı  ekspertlərin iştirakı ilə YTP-nin daxili sistemi, dövlət satınalmaları, texnologiya transferi və kommersiyalaşdırma, start-up, inkubasiya, test və akreditasiya istiqamətləri üzrə müzakirələr aparılmışdır. Koreyalı və yerli ekspertlər tərəfindən 350 səhifəlik hesabat hazırlanmış  və təsdiq edilmişdir.

AMEA Yüksək Texnologiyalar Parkı ilə Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutu (STEPI) 2022-2024-cü illərdə həyata keçriləcək "Azərbaycanda Yüksək Texnologiyalar Parkının istismar proqramı: tətbiq və potensialın artırılması" layihəsi Azərbaycan Milli Elmlər Akademiyasının  Yüksək Texnologiyalar Parkının (AMEA YTP) əməliyyat potensialını və rəqabət qabiliyyətini əsas təlim proqramları vasitəsilə gücləndirməyi, ölkədə innovativ iqtisadi ekosistemin formalaşdırılmasına və inkişafına dəstək verməyi,  eləcə də əməliyyat təcrübəsini artırmağı hədəfləyir.

Layihənin 1-ci ilində texnologiyaların transferi və kommersiyalaşdırılma xidmətləri, 2-ci ildə startap və inkubasiya xidmətləri üçün potensialın artırılması qarşıya məqsəd qoyulur. Bunlara biliklərin transferi, bilik laboratoriyası,  seminarlar və  Koreya-Azərbaycan əməkdaşlıq layihələrinin təşviqi və s. daxildir.

Layihənin 3-cü ilində Azərbaycanda texnologiyaların transferi-kommersiyalaşdırlma və startap-inkubasiya sahələri üzrə tətbiq prosesinin həyata keçirilməsi planlaşdırılır.

Layihənin nəticələrinə əsasən Yüksək Texnologiyalar Parkı ilə  STEPI-nin uğurlu fəaliyyəti nəticəsində  hazırlanmış strateji planın və yol xəritəsinin davamı olaraq texnologiyaların transferi-kommersiyalaşdırılma və startap-inkubasiya əməliyyat proqramları üzrə  xidmətlər təklif ediləcəkdir.

Layihə prosesində iştirakçılar üçün texnologiyaların  kommersiyalaşdırılması üzrə Bilik Laboratoriyası formatında onlayn mühazirələr təşkil olunacaq. Bu konsepsiya təlimçilərin iştirakçılarla birgə təlimin işində iştirak etmək imkanlarına malikdir. Bilik Laboratoriyası təlimçilərin və iştirakçıların bir-biri ilə bilik mübadiləsi aparmağa və ortaq təcrübələri inkişaf etdirməyi təşviq üçün nəzərdə tutulmuşdur. Texnologiyanın kommersiyalaşdırılması üzrə bilik laboratoriyası çərçivəsində Koreyalı ekspertlər yerli mütəxəssislərin və benefisiar qrupun texnologiyaların transferi və kommersiyalaşdıırlma haqqında daha çox bilikləri mənimsəmələrinə fokuslanacaqlar. 

Bu konsepsiya K-İnnovasiya layihələrində ilk dəfə tətbiq olunacaq.

Məqsəd:

  • Təlim materiallarının davamlı öyrənilməsini dəstəkləyən birgə iş üsullarını inkişaf etdirmək;
  • İştirakçılarla birlikdə effektivliyə əsaslanan innovasiya, risk götürmə və məlumatlandırma qərarları üçün birgə mövqe nümayiş etdirmək;
  • Tədris/öyrənmə təcrübəsini bölüşən çoxsaylı təlimçilərin təcrübəsindən istifadə etməklə təcrübələrini təkmilləşdirmək;
  • İştirakçıların mövzularla bağlı fikirlərini ortaya çıxarmaq və onların suallarını cavablandırmaq da daxil olmaqla yüksək keyfiyyətli təlim haqqında ümumi anlayışı inkişaf etdirməkdir.

Bilik laboratoriyası üzrə mühazirələr aşağıdakı mövzularda keçiriləcək:

  • Texnologiya Transferi və Kommersiyalaşdırma Sistemi və Siyasəti
  • Əqli mülkiyyətin idarəedilməsi
  • Dövlət tədqiqat institutları və texnoloji kommersiyalaşdırma
  • Startap (inkubasiya) siyasəti
  • Universitet və Laboratoriya startapı (inkubasiya)
  • "Ölüm vadisini dolaşmaq" kitabında texnologiyaların kommersiyalaşdırılması
  • Texnologiyaların kommersiyalaşdırılması və hökumətin dəstəyi