Ətraf-mühiti tədqiq edən tarakan-kiborq yaradılıb
Tədqiqatçılar distant idarə olunan kiçik simsiz modulla təchiz edilmiş tarakan-kiborq hazırlayıblar. Yaponiyanın RIKEN Cluster for Pioneering Research tədqiqat təşkilatından olan mühəndislər Madaqaskar tarakanından idarə olunan hibrid yaradıblar. Həşərat günəş batareyaları ilə işləyən simsiz modulun köməyi ilə distant idarə olunur.
Mühəndislər altı santimetr uzunluğunda olan tarakana ayaqlarla idarə olunan simsiz modul və döş qəfəsinin yuxarı hissəsinə litium-polimer akkumulyatoru yerləşdiriblər. Qurğunu xüsusi çanta saxlayır. O, tarakanının bədən quruluşu modelinə əsasən hazırlanıb və elastik polimerdən 3D-printerdə çap edilib.
Tədqiqatçılar qeyd edirlər ki, tarakan-kiborqları təhlükəli və çətinliklə gedilə bilən ərazilərin tədqiqatı üçün istifadə etmək olar. Bunun üçün çantaya idarəetmə modulundan başqa, zəruri tənzimləyicilər, məsələn, radiasiya dozimetrləri əlavə etmək lazımdır.
https://hightech.fm/2022/09/05/cyborg-cockroach
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ameaytp.az saytına istinad zəruridir.